AĞSUDA MEYVƏ İSTEHSALI ARTMIŞDIR
AzerTAg.az
10.01.2006 [13:56]
Son illər Ağsu rayonunda meyvəçilik nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda bağların sahəsi 860 hektara çatdırılmışdır. Təkcə ötən il 58 hektar ərazidə yeni bağlar salınmışdır. Bölgənin dağətəyi və düzən ərazilərində, əsasən, nar, xirnik, heyva, alça, gavalı, dağlıq ərazilərində isə alma, armud, qoz yetişdirilir. Ötən il bağlardan 4 min 928 ton meyvə yığılmışdır ki, bu da inişilkinə nisbətən 123 ton çoxdur.
Bağçılıqla daha çox fərdi təsərrüfatlar məşğul olurlar. Ağsunun əksər bölgələrində, xüsusən Kəndoba, Cəlayır, Qaraqoyunlu, Kalva, Dilman yaşayış məntəqələrində sakinlər meyvəçilikdən xeyli gəlir götürürlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
01.06.2023 [18:45]
01.06.2023 [18:32]
01.06.2023 [15:50]
01.06.2023 [11:42]
MULTİMEDİA
03.06.2023 [19:50]
03.06.2023 [19:46]
04.06.2023 [02:06]
03.06.2023 [21:26]
03.06.2023 [17:47]
03.06.2023 [19:09]
03.06.2023 [18:02]
03.06.2023 [17:55]
03.06.2023 [17:05]
03.06.2023 [16:34]
03.06.2023 [16:27]
03.06.2023 [16:19]
03.06.2023 [17:02]
03.06.2023 [14:38]
02.06.2023 [11:36]
01.06.2023 [20:49]
01.06.2023 [11:53]
03.06.2023 [19:48]
02.06.2023 [23:14]
02.06.2023 [22:29]
02.06.2023 [22:10]
03.06.2023 [23:31]
03.06.2023 [22:08]
Xəbərin mətnində orfoqrafik səhv var