İQTİSADİYYAT
AĞSUDA TƏXMİNƏN 28 MİN HEKTARDA TAXIL ƏKİLƏCƏK
Taxılçılıq Ağsu rayonunda iqtisadiyyatın əsas sahələrindəndir. Hazırda bütün ərazi vahidlərində gələn ilin məhsulu üçün payız əkini sürətlə davam etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indiyədək 19 min hektaradək sahədə səpin aparılmışdır. Rayonun dağlıq ərazilərində artıq bu kampaniya başa çatdırılmışdır. Bu mövsümdə rayonda yaradılmış “Aqroservis”ə məxsus 20, habelə fiziki şəxslər tərəfindən alınmış 15 şum traktoru, kotan və taxılsəpən aqreqatlar əkin və səpinin daha keyfiyyətlə aparılmasına imkan verir. Ümumilikdə bu kampaniyada 100-dək texnikanın gücündən istifadə edilir.
Rayonda kifayət qədər toxum tədarük olunmuşdur. Sahibkarlar akademik Cəlal Əliyevin yerli şərait üçün daha əlverişli olan “Bərəkətli”, “Qiymətli” taxıl sortlarına üstünlük verirlər. Bəzi ərazilərdə “Faktor” və “Kroşka” sortları da əkilir.
Son günlər hava şəraitinin yağmurlu keçməsi işi ləngitsə də səpinin 10-15 günədək başa çatdırılması üçün ciddi səy göstərilir. Mütəxəssislərin qənaətinə görə cari mövsümdə rayonda 28 min hektaradək sahəyə taxıl səpiləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]