İQTİSADİYYAT
“AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 11 fevral, AZƏRTAC
Martın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən torpaq (ümumi sahəsi 0,10 hektar) sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 45 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]