SİYASƏT


AĞ EV SƏDDAM HÜSEYNİN OĞULLARININ MƏHV EDİLMƏSİ ƏMƏLİYYATINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR

Ağ ev İraqda ABŞ silahlı qüvvələrinin Səddam Hüseynin oğulları – Udey və Kuseyin məhv edilməsi əməliyyatını alqışlamışdır. ABŞ prezidentinin mətbuat katibi Skott Makklellanın adından yayılmış qısa bəyanatda bildirilir ki, “bu şəxslər uzun illər boyu İraq xalqına qarşı törədilmiş saysız-hesabsız cinayətlərin arxasında durmuşlar”.

Bəyanatda daha sonra deyilir ki, bu əməliyyatı keçirən “ABŞ silahlı qüvvələrinin və kəşfiyyat xidmətlərinin işini qiymətləndirmək lazımdır. Makklellanın sözlərinə görə, bu işdə onlara bir nəfər “İraq vətəndaşı” kömək etmiş və Hüseynin oğullarının gizləndiyi yeri nişan vermişdir.

AZƏRTAC-ın Vaşinqtondakı müxbirinin verdiyi xəbərə görə, Udey və Kusey iyulun 22-də Mosul şəhərində altı saat davam etmiş əməliyyat zamanı öldürülmüşlər. Bunu həmin gün Bağdadda keçirilmiş brifinqdə koalisiya qüvvələri quru qoşunlarının komandanı general Rikardo Sançes də təsdiq etmişdir. Hüseynin oğulları qohumlarının evində olmuş və Amerika əsgərlərinə şiddətli müqavimət göstərmişlər. Hüseynin oğulları ilə birgə orada bir kişi və Hüseynin nəvəsi güman edilən bir yeniyetmə də öldürülmüşdür. Ölənlərin hamısının cəsədləri tanınmaq üçün Dubaya aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.