İQTİSADİYYAT


ƏHALİNİN ŞƏXSİ VƏSAİTİ HESABINA MƏNZİL TİKİNTİSİ ARTIR

Respublikada əhalinin pul gəlirlərinin ilbəil artması vətəndaşların sosial problemlərinin həllinə daha çox vəsait ayırmasına imkan verir. Dövlət Tikinti və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, rəsmi statistikaya görə, 2003-cü ilin yeddi ayında istifadəyə verilmiş yaşayış sahəsinin 70 faizi respublika əhalisinin şəxsi vəsaitləri hesabına tikilmişdir. Bunun 40 faizi rayon və kəndləri əhatə edir.

Ümumiyyətlə, həmin müddətdə 2659 ailə şəxsi vəsaiti hesabına tikdirdiyi təzə mənzillərə köçmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.