ƏHALİYƏ MƏHDUDİYYƏTSİZ UNİVERSAL RABİTƏ XİDMƏTLƏRİ GÖSTƏRİLİR
AzerTAg.az
Rabitə Nazirliyi ölkənin rabitə sistemində aparılan texniki və iqtisadi islahatlar nəticəsində universal xidmətlər göstərilməsinə nail olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, belə xidmət növü heç bir məhdudiyyət qoyulmadan, həm də münasib qiymətlərlə rabitə xidmətlərindən hərtərəfli istifadə etməyə imkan verir.
Bu, həm də o deməkdir ki, stasionar, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, 1 televiziya və 2 radioproqramın qəbulu, ölkədaxili və beynəlxalq məktublar, ölkədaxili pul baratları və teleqramların göndərilməsi kimi rabitə xidmətlərindən bütün yaşayış məntəqələrində hamı məhdudiyyətsiz istfadə edə bilər. Eyni zamanda, poçt göndərişləri və dövri mətbuat da şəhər və rayon mərkəzlərində həftədə 6, kənd yerlərində isə 5 dəfədən az olmamaqla öz ünvanlarına çatdırılır.
Qeyd edək ki, Rusiyada cəmi 2, Ukraynada isə 4 belə xidmət növündən istifadə olunur.
Xəbərin mətnində orfoqrafik səhv var