CƏMİYYƏT


AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar göndərib

Bakı, 15 yanvar, AZƏRTAC

1990-cı ilin 20 yanvarında törədilmiş qanlı hadisələrdən 31 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.

Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutub, müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə həmvətənimiz vəhşicəsinə qətlə yetirilib. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildirilib ki, Konfederasiya hər il olduğu kimi, bu il də İcraiyyə Komitəsinin 2021-ci il 13 yanvar tarixli qərarına əsasən 20 Yanvar şəhidlərinin ailələrinin (102 ailə) hər birinə 200 (iki yüz) manat məbləğində, ümumilikdə, 20 min 400 (iyirmi min dörd yüz) manat yardımı poçt vasitəsilə ünvanlarına göndərib.

Eyni zamanda, AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.