Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AHİK-in nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir

Bakı, 12 iyun, AZƏRTAC

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir. İyunun 5-dən 16-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Sessiyanın iyunun 12-də keçirilən iclasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Əmək miqrasiyası” mövzusunda çıxış edib.

Çıxışının əvvəlində sessiya iştirakçılarını salamlayan və Konfransın işinə uğurlar arzulayan S. Möhbalıyev zamanın çağırışlarına cavab verən maraqlı məruzəyə görə BƏT-in Baş direktoru Qay Rayderə minnətdarlığını bildirib və deyib ki, məruzə bizi dünya quruculuğunda olan böhranları yeni təfəkkürlə dərk etməyə, o cümlədən əmək miqrasiyası problemləri, yaşıl iqtisadiyyat və digər dünyəvi problemlər barədə ciddi düşünməyə çağırır. Son zamanlar baş verən qlobal hadisələr siyasi və sosial-iqtisadi vəziyyəti kökündən dəyişib, məşğulluq problemi yaranıb. Əgər ötən əsrin sonuna yaxın əmək miqrasiyası axınının canlanması müşahidə edilirdisə, yaşadığımız XXI əsrdə bu proses daha da sürətlənib.

AHİK sədri təəssüf hissi ilə bildirib ki, hazırda miqrasiya mənfi qlobal proseslər - milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi mühafizəkarlıq, artan antimiqrant düşüncə və siyasət fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır. Bu isə miqrasiya siyasətinə beynəlxalq səviyyədə yeni və özünəməxsus yanaşma tələb edir.

O, vurğulayıb ki, beynəlxalq arenada baş verən proseslər bizim ölkədən də yan keçmir. Azərbaycanda enerji-nəqliyyat sahəsində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması və iqtisadi inkişaf miqrantların ölkəmizə axınına şərait yaradan əsas amillərdir. Eyni zamanda, ölkəmizdəki tolerantlığın yüksək səviyyəsi miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir. Ölkəmizdəki miqrantlar 104 ölkəni təmsil edir və bu günə qədər onlara qarşı münasibətdə milli, etnik və dini zəmində heç bir ayrı-seçkilik qeydə alınmayıb. Ötən əsrin 90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın vətənə qayıdışı da böyük maraqla müşahidə olunmaqdadır.

Respublikamızda əmək miqrasiyası proseslərinin idarə olunmasının təmin edilməsi və miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşması məqsədilə Miqrasiya Məcəlləsi qəbul edilib. Ölkədə 58 beynəlxalq Konvensiya, o cümlədən BMT-nin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" və “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında” sənədlər ratifikasiya edilib. Beynəlxalq Miqrant Günü isə hər il qeyd olunur. Azərbaycan “Əmək miqrasiyası və əməkçi miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” MDB Sazişinə qoşularaq Rusiya Federasiyası, Ukrayna, Moldova, Belarus və Türkiyə hökumətləri ilə əməkdaşlıq sazişlərinə imza atıb. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə ölkədə kvotalar tətbiq olunub. Əmək bazarında əcnəbilərin fəaliyyətinin dəqiq uçotunun elektronlaşdırılması işləri həyata keçirilir.

S.Möhbalıyev sessiya iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv olduğu beynəlxalq təşkilatların əmək miqrasiyası ilə bağlı siyasətini izləyir və bu istiqamətdə aparılan bütün işlərdə yaxından iştirak edir. AHİK-in təklifləri ilə miqrasiya ilə bağlı müddəalar sosial əməkdaşlarla bağlanan üçtərəfli Baş Sazişə daxil edilərək icra olunur.

AHİK sədri vurğulayıb ki, respublika həmkarlar ittifaqlarının nümayəndələri əmək miqrasiyası ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, bir çox seminarlara ev sahibliyi də ediblər. Tədbirlər çərçivəsində biz qaçqın və miqrant dalğası fonunda Avropada islamofobiya meyillərinin artmasına və İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdlərinə öz narahatlığımızı ifadə etmişik. Gənclər və qadınların əmək miqrasiyası yolunda həmişə problemlərlə qarşılaşmaları bizi daha çox narahat edir. Bu qəbildən olan insanlar adi həyat tərzini dəyişməyə məcbur olur, yad dil, qanunlar və davranış qaydaları ilə qarşılaşır, onların qəbul və riayət edilməsində çətinliklər çəkirlər. Fikrimcə, məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün əməkçi miqrantların lazımi biliklər əldə etmələrinə yardımlar olunmalıdır. İlk növbədə, ölkəyə giriş və çıxış razılıqlarının əldə edilməsi, əmək miqrantlarının miqrasiya etdikləri dövlətlərin qanunvericiliyi ilə əvvəlcədən tanış olmalarına şərait yaradılması daha məqsədəuyğun olardı.

Biz əmək miqrasiyasına olan tələbatın idarə olunmasının, geri dönənlərin dayanıqlı reinteqrasiyası sahəsində beynəlxalq standartlara uyğun təkmilləşmələrinə tərəfdarıq. Hesab edirik ki, readmissiya olunmuş miqrantlara birbaşa yardımın göstərilməsi də əsas prioritetlər sırasına daxil edilməlidir. Peşə bacarıqlarının tanınması, səhiyyə və sosial xidmətlərdən yararlanma, hüquqi yardım və məsləhət, yaşayış yeri ilə təminat, yeni iş yerlərinin və sahibkarlıq müəssisələrinin yaradılması və sair fəaliyyətlərin təşkil edilməsinə diqqət artırılmalıdır.

Çıxışının sonunda S.Möhbalıyev bir daha bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları sosial tərəfdaşlarla əmək miqrasiyası siyasətinin inkişafı üçün BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə daim hazırdır.

Sessiya çərçivəsində AHİK sədrinin Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə nümayəndə heyətləri ilə də görüşləri keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb