SİYASƏT


AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb

Bakı, 19 iyul, AZƏRTAC

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, professor Səttar Möhbalıyev Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leybnis Medalı ilə təltif edilib və o, “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.

Səttar Möhbalıyev medala və fəxri ada Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.