Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AHİK-in sədri: Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

AHİK-in sədri: Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

Bakı, 30 iyun, AZƏRTAC

Bu artıq müzakirə olunmaz mövzudur ki, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan gördüyü hər bir işində, davranışlarında nümunəvi ölkəyə çevrilib, məhz bu amil ölkəmizin beynəlxalq nüfuzunu artırmaqdadır. Ermənistanın uzun illər davam edən işğal siyasəti, Azərbaycanın bu müddət ərzində danışıqlar prosesinə sadiq qalması, bunun səmərəsiz olduğunu gördükdə əks-hücum əməliyyatları nəticəsində torpaqlarını işğaldan qurtarması, müharibə qanunlarına riayət etməsi, nəticədə bütün region dövlətlərinin milli maraqlarına cavab verən reallıqların ortaya çıxması dediklərimizin əyani sübutudur. Artıq ölkəmizin müəllifi olduğu reallıqlar dünya dövlətləri tərəfindən təqdir olunmaqdadır. Təbii ki, bu cür nəticəyə nail olmaq dövlətimizin gücünü və onun rəhbərinin – Prezident İlham Əliyevin uğurlu siyasi gedişlərini, qətiyyətini və peşəkar keyfiyyətlərini göstərir. Hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, oranın əsl sakinlərinin öz ata-baba yurdlarına qayıtması, məcburi köçkünlərin uzun illər pozulmuş hüquqlarının təmin edilməsidir. Azərbaycan bu prosesə müharibə başa çatdıqdan dərhal sonra başladı və üstündən keçən bu qısa müddət ərzində xeyli işlər görülüb. Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

“Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra qarşılaşdığımız mənzərə nəinki bizi, həm də dünya ictimaiyyətini dəhşətə gətirmişdi. Yaşı minilliklərə söykənən şəhər və kəndlərimiz viran edilmiş, canlı aləmin yaşaması üçün heç bir şey qalmamışdı. Baxmayaraq ki, ermənilər həmin əraziləri özününkü hesab edirdilər. Əməlləri isə yalanlarını bir daha ortaya çıxarırdı. Həmin vaxt o ərazilərə baxmaq kifayət edirdi ki, erməni xislətinə dərindən bələd olasan. Bu gün isə həmin ərazilər yeni görkəm almaqdadır, bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı Prezident İlham Əliyevin bilavasitə ardıcıl olaraq nəzarəti altındadır, infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir”, - deyə AHİK sədri bildirib.

“Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına son səfəri də bir sıra vacib məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısının Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Həmin ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması, sözsüz ki, prioritet məsələlərdəndir. Həm indiki, həm də gələcək nəsillərə, həmçinin gələcəkdə buranı ziyarət edəcək xarici qonaqlara muzeylər vasitəsilə real məlumat vermək mümkün olacaq. Biz nə düşmənin vandal əməllərini, nə də müzəffər Ordumuzun qəhrəmanlıqlarını unutmalıyıq. Bunun üçün digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də İşğal və Zəfər muzeylərinin yaradılmasını mühüm addım hesab edirəm. Kəlbəcərdə Prezidentə şəhərin Baş planının təqdim edilməsi bir daha təsdiqləyir ki, görülən işlər, tətbiq olunan layihələr sistemli şəkildə plana uyğun olaraq həyata keçirilir”, - deyə Milli Məclisin deputatı deyib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Azərbaycan hərbi qüdrətini bundan sonra da artıracaq. Azərbaycan Ordusunda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması bu istiqamətdə görülən işlərin və aparılan islahatların nəticəsidir. Ötən il dekabrın 24-də Hadrut qəsəbəsində, bir neçə gün öncə isə Kəlbəcərdə Komando hərbi hissələrinin açılışı baş tutdu. Hər iki tədbirdə dövlətimizin başçısı iştirak edərək müzəffər və yenilməz Ordumuzun gücündən və qüdrətindən bəhs etdi. Kəlbəcərdə hərbçilər qarşısında çıxışında dövlətimizin başçısı İlham Əliyev Ermənistanda məğlubiyyətlərindən aydın nəticə çıxara bilməyən, revanşist düşüncə sahiblərinə bir daha yerini göstərdi - “Dəmir yumruq” yerindədir”. Təbii ki, günü-gündən güclənən Azərbaycan qarşısında Ermənistan tərəfinin heç bir şansı yoxdur. Onlar bir də heç vaxt Azərbaycanla qarşı-qarşıya gələcək gücdə olmayacaqlar. Onların düşdükləri böhrandan yeganə çıxış yolu sadə məntiqlə qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Mənasız xəyallar onları daha da uçuruma yuvarlaya bilər”, - deyə S.Möhbalıyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib