CƏMİYYƏT


AHİK-in təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "BƏT-in (Beynəlxalq Əmək Təşkilatı) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 205 saylı icbari əməyin ləğv edilməsi haqqında konvensiyanın tələblərinin yerinə yetirilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyət istiqamətlərində aparıcı yerlərdən birini tutur.

Qeyd edilib ki, konvensiyada əksini tapan iqtisadi, sosial və siyasi sahələrə zidd olan siyasi baxışlara və ya ideoloji mövzulara görə cəza tədbirlərinin verilməsinin, tətildə iştiraka görə cəza verilməsini alqışlamır, əksinə onlara qarşı mübarizə aparır. AHİK icbari əməyin qarşısını almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir. Əmək qanunvericiliyində dəyişikliklər üçün təkliflər verir. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində tərəfimizdən icbari əməyin ləğvi ilə bağlı təkliflər olub. Biz sosial tərəfdaşlarla birgə konkret layihələr həyata keçiririk. Məqsədimiz insan alverinə və icbari əməyə qarşı mübarizədir.

Sonra çıxış edən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev çıxış ediblər. Bildiriblər ki, icbari əməyə qarşı hamımız mübarizə aparmalıyıq. Bütün bunlar cəmiyyət üçün zərərlidir.

Tədbir sualların cavablandırılması və müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.