Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AHİK nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

AHİK nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Moskvada, Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) VIII qurultayı keçirilib. Qurultayın işində sıralarında 50 milyon işçini birləşdirən MDB dövlətlərinin həmkarlar ittifaqları birliklərini və beynəlxalq sahə həmkarlar ittifaqları birliklərini təmsil edən 131 nümayəndə iştirak edib. Qurultaya, həmçinin MDB dövlət qurumlarının, sahibkarlıq təşkilatlarının, beynəlxalq və milli həmkarlar ittifaqı birliklərinin nümayəndələri, KİV təmsilçiləri qatılıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildiriblər ki, qurultayı ÜHİK Prezidenti, Rusiya müstəqil həmkarlar ittifaqları Federasiyasının sədri M.Şmakov açaraq gündəlikdə duran məsələlər barəsində məlumat verib.

Hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V.Şerbakov çıxış edib. Qurultayda, həmçinin ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ÜHİK-in həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi maraqlarının müdafiəsində oynadığı rol əvəzsizdir. Biz bu dəstəyi gündəlik fəaliyyətimizdə daim hiss edirik. Milli həmkarlar ittifaqı mərkəzlərini müntəzəm olaraq faydalı informasiyalar və metodiki tövsiyələrlə təmin edən ÜHİK əməkdaşlarına minnətdarıq. Hesabat dövründə ÜHİK Azərbaycan həmkarlar ittifaqları sistemində bir çox istiqamətlər üzrə böyük iş aparıb. Dövlətimizin rəhbərləri ilə görüşlər keçirib, muzdlu işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, qeyri-formal iqtisadiyyat, əmək miqrasiyası, həmkarlar ittifaqlarında innovasiya, əməyin mühafizəsi, pensiya təminatı və sosial tərəfdaşlıq məsələlərini öyrənib-araşdırıb. Hesabat dövründə bu araşdırmaların nəticələri iki dəfə ÜHİK-in Şurasında və İcraiyyə Komitəsində müzakirə olunub.

S.Möhbalıyev çıxışında ÜHİK-in MDB Parlamentlərarası Assambleyasındakı fəaliyyətini xüsusi olaraq vurğulayıb. Deyib ki, ÜHİK Assambleyada faktiki olaraq qanunvericilik təşəbbüsü hüququna malikdir. MDB Parlamentlərarası Assambleyasının qəbul etdiyi normativ sənədlər içərisində sosialyönümlü model qanunların dörddəbiri ÜHİK-in təşəbbüsü və bilavasitə iştirakı ilə işlənib hazırlanıbdır. ÜHİK-in Parlamentlərarası Assambleya vasitəsilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) muzdlu işçilər və həmkarlar ittifaqları üçün olduqca əhəmiyyətli olan 11 Konvensiyasının MDB ölkələri parlamentləri tərəfindən ratifikasiya edilməsi təşəbbüsünə biz böyük dəstək vermişik. Azərbaycanda bu proses müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Milli Məclisi tərəfindən BƏT-in 11 Konvensiyasından altısı artıq ratifikasiya olunub, ikisi isə Baş Kollektiv Sazişə müvafiq olaraq iki il ərzində ratifikasiya olunacaqdır.

Biz ÜHİK-in MDB ölkələrinin statistika komitələri ilə birgə əməkhaqqı, əməyin mühafizəsi, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığı vəziyyətini təhlil etmək sahəsindəki səylərini dəyərləndiririk. ÜHİK-in muzdlu işçilərin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsir göstərmək yolunda fəal səylərinə baxmayaraq, bu sahədəki konkret nəticələr arxayınlaşmağa əsas vermir və qarşıdakı illərdə biz bu sahədə daha da qətiyyətlə işləməliyik.

AHİK sədri, həmçinin hələ də həllini tapmamış bir sıra problemlərə, o cümlədən əmək miqrantlarının hüquqlarının qorunması məsələsinə toxunub. Qeyd edilib ki, həyat özü əmək miqrasiyası problemini həmkarlar ittifaqlarının prioritet vəzifələri sırasına daxil etməyə vadar edir. Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında bu problemi həmyerlilərimiz olan çoxsaylı əmək miqrantlarının çalışdığı ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələrin bağlanması ilə həll etməyə çalışırıq. Bizim bir sıra sahə həmkarlar ittifaqları Rusiya, Özbəkistan, Qazaxıstan, Serbiya, Bosniya və Herseqovina həmkarlar ittifaqları ilə belə müqavilələr imzalayıb. Milli səviyyədə belə müqavilələr Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gürcüstan Həmkarlar İttifaqı Birliyi, Türkiyə və Ukrayna həmkarlar ittifaqı mərkəzləri ilə, Tacikistan, Qazaxıstan, Özbəkistan Həmkarlar İttifaqı Federasiyaları ilə imzalanıb. ÜHİK-in dəstəyi ilə Yekaterinburqda Sverdlovsk Vilayəti Həmkarlar İttifaqları Federasiyası və AHİK arasında əmək miqrantlarının hüquqlarının müdafiəsi sahəsində, daha sonra isə çoxlu sayda həmvətənlərimizin yaşadığı Həştərxan Vilayəti Həmkarlar İttifaqı Mərkəzi ilə müqavilələr bağlanıb.

ÜHİK-in yaxın illərdəki fəaliyyət perspektivlərinə toxunan S.Möhbalıyev bildirib ki, ÜHİK-in vəzifəsi bundan sonra da həmkarlar ittifaqlarının gələcəyi naminə dövlətlərimizin və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərinin birliyinə, həmrəyliyinə nail olmaqdır. Biz ÜHİK-dən hazırkı əmək münasibətlərinə uyğun yeni normativ sənədlərin işlənib hazırlanmasını gözləyirik.

“Bu gün Azərbaycan hüquqi, demokratik, bütün dünyaya açıq olan bir dövlət qurur”, - deyən AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2018-ci ilin fevralında özünün növbəti V qurultayına hazırlaşır. Bu qurultaya biz üzv təşkilatlarımızın fəal mövqeyi, möhkəm sosialyönümlü qanunverici baza ilə gedirik. Hesab edirik ki, qurultaya hazırlıq dövrünü biz Azərbaycanda həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsinə yönəlmiş güclü ictimai-siyasi kampaniya kimi istifadə edə biləcəyik.

Qurultayda ÜHİK-in rəhbər orqanlarına seçkilər keçirilib. Mixail Şmakov yenidən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Prezidenti, Vladimir Şerbakov isə ÜHİK-in baş katibi seçiliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib