Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AHİK pandemiya dövründəki fəaliyyəti barədə hesabat verib VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri qarşısında çıxış edən AHİK-in sədri bildirib: “Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə göstərdi ki, dövlətimiz bəşəriyyətin başı üstünü almış COVID-19-a qarşı mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul edib, daxili imkanlardan bacarıqla istifadə edərək vəziyyəti nəzarətdə saxlaya bilib. Nəticə göz qabağındadır. Dövlətimizin başçısı sözügedən müşavirədə dediyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”.

Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması üçün qəbul etdiyi qərarları, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları yüksək qiymətləndirir”.

S.Möhbalıyev qeyd edib ki, dövlətimizin başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti, mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban Əliyevanın bu sınaq günlərində xalqa müraciəti mənəvi dəstəyin parlaq nümunələridir.

Təbii ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqları da yaxından iştirak ediblər. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən addımlar atıb.

AHİK sədri xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev pandemiya ilə əlaqədar işçilərin ixtisara salınmaması, onların əmək hüquqlarının qorunması barədə dəfələrlə tapşırıqlar verib, bu məsələlərə ciddi yanaşılmasını tələb edib. Sözsüz ki, dövlətimizin başçısının tələbləri bizim məqsədlərimizlə uyğunlaşır və biz də onu hər zaman dəstəkləyirik.

S.Möhbalıyev diqqətə çatdırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatların, o cümlədən Pan-Avropa Regional Şurasına və Beynəlxalq Əmək Təşkilatına üzv ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara geniş məlumat verib. Hər iki beynəlxalq təşkilat respublikamızda sözügedən sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılmış qrupun işəgötürənlərə ünvanladığı bildiriş bütün üzv təşkilatlara göndərilib.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərib. Son vaxtlar yalnız AHİK tərəfindən 1200 nəfərdən çox həmkarlar ittifaqı üzvünə ümumilikdə 303 min manatdan çox maddi yardım göstərilib.

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürüb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə aprelin 13-də müqavilə bağlanıb. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülüb. İyulun 27-də “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait köçürülüb. Eyni zamanda, COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat vəsait köçürülüb.

AHİK İcraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna əlavə olaraq daha 100 min manat, Naxçıvan Həmkarlar İttifaqları Şurasına 10 min manat maliyyə yardımı edilib. İclasda, həmçinin 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı övladının himayəyə götürülməsi və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınıb.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29,588 aztəminatlı ailəyə 1,305,748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylayıb. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1,959,881 manat məbləğində maddi yardım göstərib, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351,056 manatlıq qoruyucu vasitələr paylanıb. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302,979 manat maddi yardım göstərilib. Eyni zamanda, həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib, fonda həmkarlar ittifaqları tərəfindən 477,760 manat vəsait köçürülüb.

AHİK-in üzv təşkilatları öz sahələri üzrə aztəminatlı ailələrə 900,748 manatlıq maddi yardım və ərzaq yardımları göstəriblər.

Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4,204,445 manatdan çox vəsait xərclənib. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.

S.Möhbalıyev bir daha bildirib ki, həmkarlar ittifaqları öz işini bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında quracaq. İlk növbədə, qurumun üzvləri tətbiq edilən karantin rejiminə ciddi əməl etməklə bu qaydalara əməl olunmasına nəzarəti də gücləndirməlidirlər. Həmkarlar ittifaqları işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti bir daha artırmalıdır.

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki yekun nitqində etdiyi “yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir” çağırışındakı hikmət həmkarlar ittifaqlarını dərindən düşündürməli və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.

Sonda AHİK sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

AHİK pandemiya dövründəki fəaliyyəti barədə hesabat verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb