İDMAN


AIBA “Paris-2024”də BOK tərəfindən tanınma statusunu qaytarmağı planlaşdırır

Bakı, 14 oktyabr, AZƏRTAC

Beynəlxalq Boks Assosiasiyası (AIBA) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınma statusunu qaytarmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə AIBA prezidenti vəzifəsini icra edən Məhəmməd Mustasanın bəyanatında deyilir. Bundan əvvəl BOK prezidenti Tomas Bax AIBA-nın yenidən qurulmasında heç bir irəliləyiş görmədiyini bildirib. O qeyd edib ki, prezident seçkiləri ilə bağlı söhbət getsə də, hələ ki, AIBA rəhbərliyində islahatlara dair irəliləyiş olmaması onları narahat edir.

2018-ci il noyabrın 30-da BOK Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planlarını “dondurub”. 2019-cu ilin may ayında isə BOK boks turnirini Olimpiadada saxlamağa qərar verib. Eyni zamanda, AIBA BOK-un maliyyə, idarəetmə, hakim və etika ilə əlaqəli tələblərini yerinə yetirə bilmədiyi üçün tanınma statusundan məhrum edilib.

Qeyd edək ki, AIBA-nın konqresinin dekabrın 12-13-də keçirilməsi planlaşdırılır. İclas zamanı AIBA-ya prezident seçkiləri keçiriləcək və beynəlxalq qurumun yeni nizamnaməsi qəbul ediləcək. Ötən ilin martında özbəkistanlı Qafur Rəhimov AIBA-nın rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.