İDMAN


AIBA boks üzrə çəki dərəcələrinə təklif olunan dəyişiklikləri açıqlayıb

Bakı, 2 noyabr, AZƏRTAC

AIBA Texniki Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün boksçuların çəki dərəcələrində təklif olunan dəyişiklikləri təqdim edib.

AZƏRTAC xəbər verir ki, ötən il Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi çəki dərəcələrinin tənzimləndiyini açıqlayıb. Olimpiadada qadın boksçular üçün çəki dərəcələrinin 3-dən 5-ə qaldırılması təklif olunub. Kişi boksçuların yarışında isə çəki dərəcələrinin sayının 10-dan 8-ə qədər azaldılması planlaşdırılır.

Yeni qərara görə, kişilər 52, 57, 63, 69, 75, 81, 91 və 91+ kiloqram, qadınlar isə 51, 57, 60, 69, 75 kiloqram çəki dərəcələrində olimpiadada iştirak edə biləcəklər.

AİBA-nın icraçı direktoru Qafur Rəhimov bildirib ki, təşkilatın qurultayından sonra noyabrın ortalarına qədər bununla bağlı BOK-a məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.