DÜNYA


AİB Gürcüstanda kənd əhalisinin yerli inkişaf layihələrinə 22 milyon dollardan çox kredit ayırıb

Tbilisi, 18 aprel, AZƏRTAC

Asya İnkişaf Bankı (AİB) Gürcüstanda kənd əhalisinin və şəhər ətrafı bölgələrdə yaşayan insanların kənd təsərrüfatı ilə bağlı layihələrini maliyyələşdirəcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq AİB Gürcüstanın “Kredo” bankına 60 milyon lari (təqribən 22,3 milyon ABŞ dolları) kredit ayıracaq. Bank bundan əlavə, texniki işlər üçün daha 500 min dollar qrant ayıracaq. Bankın bu yardımının məqsədi kəndlərdə və şəhərətrafı bölgələrdə yaşayan əhalinin kənd təsərrüfatı ilə bağlı layihələrini maliyyələşdirmək, bu yolla onların həyat tərzini yaxşılaşdırmaq və sosial rifah halını yüksəltməkdir.

AİB-in əməkdaşı Rainer Hartel deyib ki, bu, Asiya İnkişaf Bankının “Kredo” bank ilə birgə həyata keçirdiyi ikinci layihədir. Bank bu cür layihələrin maliyyələşdirilməsini bundan sonra da davam etdirəcək.

Məlumat üçün qeyd edək ki, bu kreditdən Gürcüstanda yaşayan azərbaycanlılar da faydalana biləcəklər.

Marneuli, Bolnisi və Qardabanidə fəaliyyət göstərən fərdi torpaq sahibləri bildirirlər ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar xeyli layihələri var. “Kredo” bankdan alınan kreditlər hesabına bu layihələri asanlıqla həyata keçirmək mümkündür. Bu da insanların sosial həyat tərzinin yaxşılaşmasında mühüm rol oynayır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.