ELM VƏ TƏHSİL


Aİİ-də İslam irfan ənənəsinin inkişafında Nəsiminin rolu müzakirə olunacaq

Bakı, 23 fevral, AZƏRTAC

Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunda İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu mövzusunda müzakirələrin aparılacağı konfransın keçirilməsində məqsəd elmi-tədqiqatların təqdimatı və fikir mübadiləsi aparmaqdır.

Konfransda Nəsiminin poeziyasında mənəviyyat, həyat, sevgi və gözəllik motivləri, bədii təsvir vasitələri, şairin sələfləri və xələfləri, Nəsimi - Azərbaycanda fəlsəfi poeziyanın nümayəndəsi kimi, mütəfəkkir şairin yaradıcılığına hürufiliyin təsiri, şeirlərində Quran ayələri və sufilik ənənəsinin sintezi, onun sufiliyə dair görüşləri, yaradıcılığında təcəlla nəzəriyyəsi, qəzəllərində simvolizm və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Konfransda məruzə ilə çıxış etmək istəyənlər məqalələrini [email protected] elektron ünvanına yollaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.