ELM VƏ TƏHSİL


Aİİ-də konfrans: “Heydər Əliyev siyasəti və din təhsili”

Bakı, 12 aprel, AZƏRTAC

Mayın 2-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfrans “Heydər Əliyev və Azərbaycanda din siyasəti”, “Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış”, “Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu”, “Heydər Əliyev və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi” istiqamətlərində keçiriləcək. Həmçinin “Multikultural və tolerant ənənələrin qorunmasında Heydər Əliyevin xidmətləri”, “Azərbaycanda dini-tarixi abidələrin bərpasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və İslam həmrəyliyi”, “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və din təhsilinə dövlət qayğısı” mövzularını əhatə edəcək.

Xülasələr aprelin 25-dək, məqalələr isə mayın 20-si tarixinədək elektron qaydada Aİİ-nin [email protected] elektron ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.