ELM VƏ TƏHSİL


Aİİ-də seminar: Quran mətni islahatçılıq qaynağı kimi

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) şərqşünas alim Nəriman Qasımzadənin təqdimatında “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar təşkil olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ali təhsil müəssisəsində müxtəlif mövzularda ardıcıl təşkil olunan dəyirmi masa, treninq, seminar və görüşlərin maarifləndirmə məqsədi daşıdığını qeyd edib. O vurğulayıb ki, belə seminarlarda tələbələrin fəal iştirakı onların bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətlərinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır.

Şərqşünas alim Nəriman Qasımzadə “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda məruzə ilə çıxış edib. O, “Quran” kəlməsinin bir mənasının da “oxumaq” olduğunu vurğulayaraq, müqəddəs kitabın mətnində islahatçılıq anlamının xüsusi yer tutduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Quran təhsil, elm və tədqiqatlara xüsusi əhəmiyyət verir.

Nəriman Qasımzadə Quranın bütün zamanlar üçün əhəmiyyətli olduğunu vurğulayıb. Nəzərə çatdırıb ki, Quran insanlara haqqı başa salan, yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkinməyi təbliğ edən səmavi kitabdır. Quran, həmçinin elmin xəzinəsi, nicat yolunu göstərən zəngin mənəvi mənbədir.

Məruzəçi diqqətə çatdırıb ki, Quranın bu günümüzə və gələcəyimizə aydınlıq gətirdiyini anlamağımız üçün bu müqəddəs kitabın nazil olmamışdan əvvəlki dövrü bilməyimiz vacibdir.

Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.