ELM VƏ TƏHSİL


Aİİ-nin tələbələr üçün növbəti tədbiri Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr edilib

Bakı, 11 may, AZƏRTAC 

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr edilən tədbir keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tələbələrin iştirakı ilə təşkil edilən tədbirdə “Molla Fəzləli”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Anamın kitabı”, “Buz” hekayələri gənclərin böyük marağına səbəb olub, geniş müzakirə obyektinə çevrilib.

Müzakirələr zamanı qeyd olunub ki, mütaliə insanın daxili aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, nitq qabiliyyətinin inkişafında xüsusi rol oynayır. Qiraət insani və iradi keyfiyyətlərin yaradılmasında, mənəviyyatın dolğunlaşmasında əhəmiyyətli faktorlardan hesab edilir. Vurğulanıb ki, sözügedən əlamətlər gənclərdə mütaliəyə marağın artması ilə yanaşı, onlarda həm də bədii zövqün inkişafına təsir edir.

Aİİ-də təşkil edilən müxtəlif məzmunlu tədbirlərin əsas məqsədi tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik hisslərinin güclənməsinə, tarixə, milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasına töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.