DÜNYA
Aİ-ABŞ danışıqları baş tutmayıb
Berlin, 23 fevral, AZƏRTAC
Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin ticarət nazirləri Vaşinqtonla qarşılıqlı ticarət şərtlərinin sadələşdirilməsinə dair danışıqların başlanması barədə razılığa gələ bilməyiblər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqında istehsal edilmiş avtomobillərə görə cərimə tətbiq ediləcəyi barədə hədə-qorxulara baxmayaraq, 2019-cu ilin mart ayına qədər (o vaxt Aİ-nin sammiti keçiriləcək) yeni danışıqlar aparılmayacaq.
Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström danışıqların baş tutmaması faktına münasibətini bu şəkildə bildirib: “Aİ üzvü olan bəzi ölkələr daxili məsləhətləşmələr aparmalıdırlar, bunun onlara əlavə vaxt lazımdır”.
Müşahidəçilər ABŞ ilə ticarət sazişinə dair danışıqların uğursuz nəticəsinin səbəbi kimi Fransa, Belçika, İspaniya, İtaliya və Lüksemburqun inadkar mövqe tutmasını göstərirlər.
Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]