İQTİSADİYYAT


“Aİ Biznes Mühiti Hesabatı 2021” - elektron vergi sisteminin effektivliyi yüksəkdir

Bakı, 18 may, AZƏRTAC

Avropa şirkətləri arasında keçirilən son sorğuda elektron vergi sisteminin effektivliyi yüksək dəyərləndirilib. “Aİ Biznes Mühiti Hesabatı 2021”ə görə elektron vergi platforması öz vəzifələri ilə yanaşı, bürokratiyanın azalması, prosedurların sürətləndirilməsi və şəffaflığın artırılmasını effektiv şəkildə həyata keçirməklə stabil və istifadəsi asan alət kimi effektiv islahatlar sırasında ilk beşlikdə yer alıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hesabatda deyilir: “Vergi sahəsində islahatların aparılması səyləri Avropa şirkətlərindən müsbət rəylər almağa davam edir. Respodentlər vergi hesabatlarının verilməsinin vaxtını azaldan və kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən elektron vergi sisteminin artan effektivliyini bildirib.

Müsahibələr zamanı avropalı inestorlar elektron vergi xidmətini əməliyyat ehtiyacları üçün kifayət qədər anlaşıqlı və stabil pltaforma kimi təsvir edib. Şirkət təmsilçiləri vergi orqanlarının elektron platformada texniki dəqiqləşdirmə və texniki məsələlərin həlli ilə bağlı fərdi müraciətlərə operativ reaksiyasından da razıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.