DÜNYA


Aİ Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiqini tələb edib

Aİ Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiqini tələb edib

Sarayevo, 28 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ötən ilin dekabrında ittifaqa üzv olmaq üçün namizəd ölkə statusu verdiyi Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiq olunmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, Aİ-nin Bosniya və Herseqovina nümayəndəliyi Bosniya və Herseqovinadan namizəd statusu alan ölkə kimi ittifaqın xarici və təhlükəsizlik siyasəti, eləcə də viza tətbiqi prosedurlarına uyğun hərəkət etməsinin gözlənildiyini bildirib. Açıqlamada Avropa Şurasında dəfələrlə gündəmə gələn Rusiyaya qarşı sanksiyalara Bosniya və Herseqovinanın da qoşulmasının vacibliyi vurğulanıb. Həmçinin Bosniya və Herseqovinanın Rusiya vətəndaşlarına viza tətbiq etməsinin zəruriliyinin Avropa Komissiyasının son hesabatında da qeyd olunduğu bildirilib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.