CƏMİYYƏT


Aİ-ÜST layihəsi çərçivəsində xəstəxanalardakı infeksiyaların profilaktikası və nəzarət komitələrinin nümayəndələrinə təlimlər keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi COVID-19-a qarşı mübarizəyə dəstək məqsədilə tibb işçilərinə keçirilən təlimləri davam edir. Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, xəstəxana daxilində yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un yayılmasına qarşı ən önəmli mübarizə vasitələrindən olan infeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirlərinə dair tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu təlimlər sırasında xüsusi diqqət yetirilən istiqamətlərdəndir.

Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirlərinin qiymətləndirilməsi missiyaları ilə müəyyən edilmiş ehtiyacların qarşılanması məqsədilə və TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsi ilə əməkdaşlıqda ölkənin 13 şəhər və rayonunda yerləşən 29 tibb müəssisəsində fəaliyyət göstərən İPN komitələrinin təmsilçilərinə təlim keçilib. 56 tibb işçisinin qatıldığı və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin eksperti tərəfindən bir neçə sessiya şəklində keçilən təlimdə ÜST-nin İPN-lə bağlı əsas komponentlərinə əsaslanmaqla komitələrinin işinin effektiv şəkildə təşkil edilməsi, o cümlədən mövcud İPN tədbirlərinin müstəqil şəkildə monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumatlar paylaşılıb. Təlim iştirakçıları, həmçinin xəstələrin müalicə prosesinin nəticələrini xeyli yaxşılaşdıran əl gigiyenasını gücləndrimək üçün bütün lazımi bilik və bacarıqlarla təchiz olunub.

Aİ-ÜST layihəsi Azərbaycanda tibb müəssisələrində fəaliyyət göstərən İPN komitələrinin işinin gücləndirilməsini dəstəkləməyə davam etməyi hədəfləyir. Bu komitələrin fəaliyyəti təkcə COVID-19 və digər yoluxucu xəstəliklərin yayılmasına qarşı deyil, həm də antimikrob preparatlara qarşı rezistentlik və xəstəxana daxilində infeksiyaların yayılmasına qarşı daha yaxşı mübarizə aparmağa kömək edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.