DÜNYA


Aİ-də “omikron” ştamına yoluxanlarda ciddi fəsadlar qeydə alınmayıb

Bakı, 30 noyabr, AZƏRTAC

Avropa İttifaqında koronavirusun “omikron” ştamının minimum 44 daşıyıcısı aşkarlanıb, lakin onların heç birində ciddi fəsadlar müşahidə olunmayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə xəstəliklərin profilaktikası və nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) məlumat yayıb. “Noyabrın 30-na olan məlumata əsasən, Avropa İttifaqının və Avropa iqtisadi zonasının 11 dövlətində SARS-CoV-2 “omikron” ştamına 44 təsdiqlənmiş yoluxma halı aşkarlanıb. Bütün hallar simptomsuz və ya orta ağırlıqda simptomlarla keçir. İndiyədək mürəkkəb hallar, yaxud ölüm halları barədə məlumat verilməyib”, - ECDC-in bəyanatında belə deyilir.

Qərb mətbuatının yaydığı xəbərlərə görə, koronavirus infeksiyasının “omikron” ştamı dünyanın 20 ölkəsində və regionunda qeydə alınıb. Son 24 saat ərzində İspaniyada, Avstriyada, Yaponiyada, həmçinin Fransanın xarici regionu olan Reunion adasında “omikron” ştamına ilk yoluxma halları aşkarlanıb. Bundan öncə isə bu ştama Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika Respublikası, İsveç, Böyük Britaniya və Çinin Honkonq regionunda rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı yeni ştamla bağlı qlobal riskin yüksək olduğu barədə xəbərdarlıq edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.