DÜNYA


Aİ liderləri Qərbi Balkan ölkələrinin rəhbərləri ilə müzakirələr aparacaqlar

Belqrad, 6 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri oktyabrın 6-da zirvə toplantısında Qərbi Balkan ölkələrinin rəhbərləri ilə görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, Aİ rəhbərliyi Sloveniyanın Brdo şəhərində gerçəkləşəcək Avropa İttifaqı-Qərbi Balkan sammitində Qərbi Balkan ölkələri ilə əlaqələri inkişaf etdirməyi hədəfləyir. Toplantıda Aİ ilə Qərbi Balkan ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Şimali Makedoniya arasında təhlükəsizlik, investisiya və əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

Aİ liderlərinin qarşıdakı 7 il ərzində Avropa İttifaqının Qərbi Balkan ölkələri üçün 30 milyard avroluq “İqtisadiyyat və İnvestisiya Planı”nı təsdiq edəcəyi gözlənilir. Bu vəsaitin 9 milyard avrosunun Aİ fondundan ianə edilməsi planlaşdırılır.

Görüşdə Aİ ölkələri ilə Qərbi Balkan ölkələrinin mobil operatorları arasında rouminq ödənişlərinin tarifləri də müzakirə ediləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.