DÜNYA


Aİ liderləri noyabrda Brexit üzrə təcili sammit keçirilməsini dəstəkləyib

Bakı, 20 sentyabr, AZƏRTAC

Avropa İttifaqı ölkələrinin dövlət başçıları və nümayəndələri Donald Tuskun Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə noyabr ayında təcili sammit keçirilməsi təklifini dəstəkləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə sentyabrın 20-də Avstriya kansleri Sebastyan Kurts Avropa İttifaqının Zalsburqda keçirilən qeyri-formal sammitində məlumat verib.

Onun sözlərinə görə, Böyük Britaniya və Avropa İttifaqı Brexitə əvvəlki kimi müxtəlif istiqamətlərdən yanaşır. “Aİ liderləri bu təklifi dəstəkləyib və noyabr ayında təcili sammit keçiriləcək. Tereza Mey öz mövqeyini ortaya qoyub, bu gün 27 ölkə bu məsələni müzakirə edə bilər. Hər iki tərəf yalnız qarşılıqlı güzəştlərə gediləcəyi təqdirdə məsələnin həll oluna biləcəyini anlayır”, - deyə Sebastyan Kurts bildirib.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının tərkibindən formal olaraq 2019-cu il martın 29-da çıxmalıdır. Bundan sonra nəzərdə tutulan keçid dövrü 2020-ci ilin sonunadək davam edəcək .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.