CƏMİYYƏT


Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ölkəmizin diaspor siyasəti barədə məlumat verilib

Bakı, 8 may, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə qonağa xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Görüşdə diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə əməkdaşlığının perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.