REGİONLAR
Aİ-nin layihəsi çərçivəsində Lerik rayonunun inkişaf planının hazırlanması üzrə seminarlar təşkil olunacaq
Lerik, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC
“Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində Lerik Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra aparatının məsul şəxsləri, aidiyyəti idarə və müəssisə rəhbərləri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məsul işçisi Cavid Qədimov, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov, layihənin koordinatoru Alma Bayrak, layihənin ekspertləri Vitold Sartorius və Əhliman Qasımov iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı layihənin icrası ilə bağlı rayonun inkişaf planının hazırlanması üzrə təşkil olunacaq seminarlar barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə planlaşdırılan təlimlərdə iştirak edəcək təşkilatların adları və iştirakçıların sayı müəyyənləşdirilib.