SİYASƏT


Aİ-nin rəsmisi: Azərbaycanı dəstəkləməkdə davam edəcəyik

Aİ-nin rəsmisi: Azərbaycanı dəstəkləməkdə davam edəcəyik

Bakı, 26 yanvar, AZƏRTAC

Ötən on beş il ərzində müxtəlif sahələrdə əhəmiyyətli layihələr həyata keçirmişik və bundan sonra Azərbaycanı dəstəkləməkdə davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko yanvarın 26-da nümayəndəliyin ölkəmizdə açılışının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib ki, tərəflər arasında iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, enerji, investisiya, infrastruktur, elm, təhsil, səhiyyə və digər sahələrdə güclü tərəfdaşlıq mövcuddur.

Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində də əməkdaşlıq var və düşünürəm ki, əməkdaşlıq əlaqələrinin əhatə dairəsi daha da genişlənəcək. O, aviasiya sahəsində əməkdaşlıq proqramının da artıq hazır olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.