DÜNYA


Aİ ölkələri Almaniyaya və Avstriyaya təzyiq göstərilməsini xahiş edirlər

Berlin, 18 fevral, AZƏRTAC

Almaniya və Avstriya ilə həmsərhəd ölkələr Avropa Şurasının prezidenti Şarl Mişelə müraciətlə bu iki ölkə tərəfindən öz sərhədlərində gücləndirilmiş sərhəd nəzarətinin zəiflədilməsinə kömək göstərilməsini xahiş ediblər.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, AFR ilə Çexiyanın sərhədində xeyli insanın bu ölkəyə gəlməsinə rədd cavabı verilib. Avstriyanın sərhədində yerləşən Tirol şəhərində də eyni vəziyyət müşahidə olunur. Bu regionların hər ikisi koronavirusun yeni mutasiyalarının yaranma zonaları hesab edilir.

Kütləvi informasiya vasitələrində Çexiyanın Baş naziri Andrey Babişin sözləri sitata gətirilir. O deyib ki, Çexiya yaranmış vəziyyət barədə Şarl Mişeli məlumatlandırıb və kömək göstərilməsini xahiş edib. Xəbər lentlərində Çexiyanın Baş nazirinin aşağıdakı sözləri sitat gətirilir: “Bizim sürücülər üçün çox ciddi şərtlər qoyulub. Mən Almaniyanı başa düşürəm, lakin pandemiyanın birinci dalğası nəticəsində sərhəddə vəziyyət dəyişərkən biz çox çevik olmuşuq. Biz beynəlxalq yükdaşımalarına və istehsala ziyan vura bilmərik”.

Alman polisinin verdiyi məlumata görə, bu həftənin əvvəlindən AFR ilə Avstriyanın sərhədində 1200 nəfər, Çexiya Respublikası ilə sərhədə isə 7100 nəfər geri qaytarılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.