DÜNYA


Aİ və İtaliya arasında büdcə layihəsi mövzusunda bir çox məsələlər həllini gözləyir

Roma, 30 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilməyən İtaliyanın büdcə layihəsi ilə bağlı qarşıdakı günlərdə daha çox suallar verəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

“Önümüzdəki həftələrdə Baş nazir Cüzeppe Konte ilə görüşəcəyəm. Dialoqlar davam edir”, – deyə J.K.Yunker bildirib.

Avropa Komissiyasının rəhbəri, həmçinin daxili siyasətin düşüncəsi üzündən bəzi insanların İtaliyada yaratdıqları antiavropa ab-havasından narahatlığını da ifadə edib.

Jurnalın məlumatına görə, Aİ və İtaliya arasında büdcə mövzusunda həllin hələ də mümkün olduğu bildirilir. Avropa Komissiyası İtaliya hökumətinə büdcə layihəsinə yenidən baxılması xahişi ilə müraciət edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.