REGİONLAR
AKADEMİK CƏLAL ƏLİYEVİN TƏŞƏBBÜSLƏRİNİN SƏMƏRƏSİ
Regional elm mərkəzinin direktoru Faiq Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görkəmli seleksiyaçı alim, akademik, Milli Məclisin deputatı Cəlal Əliyevin hazırladığı bu proqram respublikamızda taxılçılıq, pambıqçılıq, ipəkçilik, bağçılıq, tərəvəzçilik, heyvandarlıq, yemçilik və digər kənd təsərrüfatı sahələrinin inkişafına şərait yaratmışdır. Respublikamızın 5-dən çox elmi-tədqiqat institutu regional mərkəzdə təcrübələr aparır, elmi nailiyyətlər öyrənilir və istehsalatda tətbiq olunur. Regional mərkəz Bərdə, Tərtər, Yevlax, Ağdam, Goranboy, Ağdərə və Kəlbəcər rayonlarını əhatə edir. Qazanılan uğurlar dünya şöhrətli seleksiyaçı alim Cəlal Əliyevin adı ilə bağlıdır. Görkəmli alimin şəxsi təşəbbüsü ilə hər il respublikamıza gələn dünyanın tanınmış alimləri Tərtər bölgə təcrübə stansiyasının, regional elm mərkəzinin işi ilə yaxından tanış olurlar.