İQTİSADİYYAT


AKADEMİK CƏLAL ƏLİYEVİN YETİŞDİRDİYİ BUĞDA SORTLARI YÜKSƏK MƏHSUL VERMİŞDİR

Akademik Cəlal Əliyevin yetişdirdiyi buğda sortları Balakən rayonunun təsərrüfatlarında da uğurla sınaqdan keçirilmişdir. Bu il ilk dəfə olaraq Şambul və Katex kəndlərinin təsərrüfatlarında 4 hektar sahədə “Əkinçi-84” və “Qiymətli-2/17” buğda sortları əkilmiş, hər hektardan 40 sentner taxıl götürülmüşdür.

İcra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, toplanmış məhsuldan gələn il toxum kimi istifadə ediləcəkdir. Rayonun təbii şəraiti üçün əlverişli olan və yüksək məhsul verən buğda sortlarının əkin sahələri gələcəkdə xeyli genişləndiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.