CƏMİYYƏT


AKADEMİK HƏSƏN ƏLİYEV ADINA ORDUBAD MİLLİ PARKI FLORA VƏ FAUNA İLƏ YANAŞI, TARİXİ ABİDƏLƏRLƏ DƏ ZƏNGİNDİR

AZƏRTAC xəbər verir ki, hələ 1977-ci ildə “Qoruq şəhəri” elan edilmiş, tarixi memarlıq abidələri və təbiət mənzərələri ilə zəngin olan Ordubad rayonu ərazisində akademik Həsən Əliyev adına Milli Parkın yaradılması əhalinin istirahətinin təmin olunması və ekoturizmin inkişaf etdirilməsinə geniş imkan açmışdır.

Dəniz səviyyəsindən 3900 metr yüksəklikdə yerləşən Milli Parkın ərazisində qayalıq, yüksək dağlıq sahələrə xas olan alp çəmənlikləri, bitkilər, bir çox nadir heyvan növləri Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının ərazisində 118 fəsiləyə daxil olan 2900-dən artıq bitki növünün əksəriyyəti bu parkın ərazisində yayılmışdır. Onlardan 77 növü isə nadir bitkilərə aiddir.

Milli Parkın ərazisi flora və fauna ilə yanaşı, tarixi memarlıq və təbiət abidələri ilə də zəngindir. Burada “Qaranquş yaylağı”, “Göygöl”, “Kilid mağarası”, “Gəmiqaya” kimi təbii abidələr, “Gilan türbəsi”, “Dər türbəsi”, “Dırnış məscidi” tarixi memarlıq abidələri də dövlət səviyyəsində mühafizə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.