MƏDƏNİYYƏT


“AKADEMİK ZİYAD SƏMƏDZADƏ” FİLMİ YAXIN VAXTLARDA TAMAŞAÇILARA TƏQDİM OLUNACAQDIR

Bakı, 22 iyun (AZƏRTAC). “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsalı başa çatmış “Akademik Ziyad Səmədzadə” sənədli televiziya filmi yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaqdır.

Film Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakının Buzovna qəsəbəsində, Moskvada və Pekində çəkilişləri aparılan filmdə akademikin Moskvadan, Minskdən və Tbilisidən olan həmkarları onunla bağlı öz fikirlərini bölüşmüşlər.

Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.