MƏDƏNİYYƏT


AKADEMİK ZİYA BÜNYADOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tirlərində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turnirinə yekun vurulmuşdur.

Yarışın nəticələrinə görə, Afina Olimpiya oyunlarının bürünc mükafatçısı İradə Aşumova (“Neftçi”) qadınlar arasında 25 metr məsafəyə kiçik çaplı və 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda birinci yeri tutmuşdur.

Kişilərin mübarizəsində isə eyni uğuru Emil Əhmədov (“Neftçi”) qazanmışdır. Onun kiçik çaplı tapançadan 50 metr məsafəyə və pnevmatik tapançadan 10 metr məsafəyə açdığı atəşlər daha dəqiq olmuşdur.

Kişi və qadınlar arasında pnevmatik tüfəngdən atəş açmaqda “Spartak” idman cəmiyyətinin üzvləri Ramil Quliyev və Mehriban Məcidova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

40-dək idmançının mübarizə apardığı turnirdə müsabiqədənkənar iştirak edən paralimpiyaçılar Əkbər Muradov kişilər arasında ikinci, Afaq İsmayılova isə qadınlar arasında üçüncü yeri tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.