REGİONLAR


AKİA ötən il 4543 fiziki və hüquqi şəxsə, ümumilikdə, 71,5 milyon manat məbləğində güzəştli kredit verib

Bakı, 29 yanvar, AZƏRTAC

2021-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 8208 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

AZƏRTAC xəbər verir ki, Agentlik tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4543 fiziki və hüquqi şəxsə, ümumilikdə, 71,5 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 42,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,9 milyon manatı orta-irihəcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 25,7 milyon manatı mikrokreditlərdir.

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 200 sahibkara 7274 baş damazlıq heyvan alınası üçün 17 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.