DÜNYA


AKP-nin Trabzon üzrə namizədləri elan olunub

Ankara, 11 yanvar, AZƏRTAC 

Cari il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyaları genişlənməkdədir.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Trabzon üzrə bələdiyyə seçkilərinə namizədlərinin adlarını açıqlayıb.

Dövlət başçısı AKP-nin Trabzonda keçirilən mitinqində bu bölgədə həyata keçirilən iqtisadi islahatlardan, perspektivdə olan layihələrdən, ölkə üzrə problemlərin həllinə dair planlarından danışıb.

Sonra Trabzon üzrə 19 rayon sədrliyinə namizədlərin adı açıqlanıb. Trabzonun 16 rayonunda bələdiyyə sədrliyinə iddialı olan AKP üç rayonda MHP-yə güzəşt edib. Trabzon Böyükşəhər bələdiyyəsi sədrliyinə Murat Zorluoğlunun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hakim AKP və müxalifətdən olan MHP bələdiyyə seçkilərinə “Cümhur ittifaqı”nda gedir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.