SİYASƏT


AKTYUBİNSKDƏ AZƏRBAYCAN MƏKTƏBİ

Qazaxıstanın Aktyubinsk vilayət mərkəzində Azərbaycan məktəbi açılmışdır. Bu haqda müxbirimizə Almatıdakı “Turan” konqresinin sədri Müseyib Novruzuzov məlumat vermişdir.

Bilayətdəki Azərbaycan mədəniyyət mərkəzinin sədri Qafar Tağıyevin təşəbbüsü ilə yaradılan məktəbə 20-dən artıq şağird qəbul edilmişdir. Məktəbin yaradılmasından əsas məqsəd ən əvvəl şağirdlərə danışıq dilini öyrətməkdir. Şağirdlər Azərbaycanın tarixi,ədəbiyyatı, incəsənəti, etnoqrafiyası ilə tanış olacaq,musiqimizi dinləyəcək, filimlərimizə tamaşa edəcəklər.

Qafar Tağıyev demişdir ki, valideyinlərin gücü ilə zövqlə təmir edilmiş sinif otağını Azərbaycanın bayrağı, gerbi və yazıçılarımızın portretləri bəzəyir. Bu yaxınlarda Almatıdakı “Turan” konqresi bizə ibtidai siniflər üçün müxtəlif adda 200 dərslik göndərmişdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

ALMATI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.