İQTİSADİYYAT


“AK PACK” MMC–yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib

Bakı, 6 may, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “AK PACK” MMC qeydiyyata alınıb. Hazırda Sənaye Parkının 29 rezidenti var və bunlardan artıq 17-si fəaliyyət göstərir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “AK PACK” MMC Sənaye Parkının ərazisində yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsini inşa edəcək.

İnvestisiya həcmi 7 milyon manatdan çox olan layihə çərçivəsində 35 nəfər daimi işlə təmin olunacaq.

İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.

Qeyd edək ki, müəssisədə istehsal ediləcək məhsullar qida sənayesində, həmçinin qablaşdırma sahələrində istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.