İDMAN


ƏLƏKBƏR MƏMMƏDOVUN ŞƏRƏFİNƏ FUTBOL TURNİRİNƏ YEKUN VURULMUŞDUR

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bayıl qəsəbəsinin 20-ci Sahəsindəki stadionda veteran futbolçu, SSRİ idman ustası, Prezident təqaüdçüsü, professor Ələkbər Məmmədovun şərəfinə keçirilən futbol turnirinə yekun vurulmuşdur.
Final qarşılaşmasında “Şahdağ” klubuna 1:0 hesabı ilə qalib gələn 15 yaşlılardan ibarət milli yığma komanda turnirin qalibi olmuşdur. MOİK isə 3-cü yeri tutmuşdur.
Bağlanış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, Azərbaycan zəngin futbol ənənələrinə malikdir və bu ənənələrin əsas daşıyıcıları müxtəlif nəsillərin nümayəndələri olan futbol veteranlarıdır. Ölkəmizdə futbol veteranlarına hər cür qayğı göstərilir. Onların bir qismi yüksək dövlət mükafatları ilə təltif edilmiş, fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşdür. Ələkbər Məmmədov da belə veteranlardandır.
Ələkbər Məmmədov dövlətin futbol veteranlarına göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışmış və Anatoli Banişevskinin xatirəsinın əbədiləşdirilməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin Sərəncamının bu qayğının daha bir əyani sübutu olduğunu diqqətə çatdırmışdır.
Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.