İQTİSADİYYAT
“ƏLƏT-DƏNİZ” YATAĞINDA YENİ QUYU İSTİSMARA VERİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Ələt-dəniz” yatağında 88 nömrəli quyu istismara verilmişdir. Quyu 3.480 metr dərinlikdən – VIII horizontdan sutkada fontanla 70 ton neft və 65 min kubmetr qaz verir. Quyu “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən qazılmışdır.
“Ələt-dəniz” yatağı 1986-cı ildən işlənir. Yatağın fəaliyyətdə olan quyu fondu 14 ədəddir. Yeni qazılan quyu sayca 15-cidir. Bütün quyular dəniz özüllərində yerləşir. N.Nərimanov adına NQÇİ-nin kollektivi tərəfindən 2006-cı ildə “Ələt-dəniz” yatağında 48 min ton neft hasil edilmişdir. Geoloqların hesablamalarına görə, yatağın çıxarıla bilən neft ehtiyatlarının həcmi 1,8 milyon tondur. Yataqda qazma üçün daha bir neçə nöqtə hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]