ELM VƏ TƏHSİL
ALBERT EYNŞTEYNİN OĞURLANMIŞ BÜSTÜ ON İKİ İLDƏN SONRA TAPILMIŞDIR
Məşhur fizik, “Nisbilik nəzəriyyəsi”nin banisi Albert Eynşteynin şərəfinə Berlinin Arxenhold Astrofizika Rəsədxanasının astronomiya bağında qoyulmuş büst on iki il öncə oğurlanmışdı.
Alimin büstü ötən çərşənbə günü təsadüf nəticəsində tapılmışdır. Rəsədxanaya ekskursiyaya gələnlərdən biri bağda nizamla Eynşteynin büstünün postamentini boş gördükdə, onun Potsdam şəhərindəki əntiq mallar mağazasında 4500 avro dəyərində satışa qoyulduğunu xəbər vermişdir. Beləliklə, büst tapılıb rəsədxanaya gətirilmişdir.
Rəsədxana müdiriyyətinin dediyinə görə, Eynşteynin büstü oğurlandıqdan sonra Qalileyin, Kopernikin, Nostradamusun və onlarca digər məşhur səxsiyyətlərin heykəlləri binanın daxilinə köçürülmüşdür. İndən belə Eynşteynin büstü 1915-ci ildə alimin “Nisbilik nəzəriyyəsi”nin müddəalarını açıqladığı salonun qarşısında qoyulacaqdır.