ELM VƏ TƏHSİL


ALBERT EYNŞTEYN BÜTÜN ZAMANLARIN DAHİ ALİMİDİR

AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Almaniya Elmlər Akademiyası, Təhsil və Elmi Tədqiqatlar Nazirliyi 2005-ci ili dünya elmində Albert Eynşteyn ili elan etmişdir. Akademiya və nazirlik bir əsr öncə fizika elmi sahəsində inqilab etmiş alman alimi, Nobel mükafatı laureatı Albert Eynşteynin “Nisbilik nəzəriyyəsi”nin 100 illik yubileyini qeyd etmək təşəbbüsü ilə çıxış etmişdir.

Almaniya hökuməti bu təşəbbüsü dəstəkləmiş və 2005-ci ildə “Albert Eynşteyn şəxsiyyəti və onun “Nisbilik nəzəriyyəsi”nin ümumbəşəri dəyərləri” mövzusunda Berlində və dünyanın digər ölkələrində keçiriləcək 20-dən artıq beynəlxalq elmi-nəzəri konfransın, konqresin və sərgilərin təşkili işinə 13 milyon avro məbləğində vəsait ayırmağı qərara almışdır.

Yusif Xəlilov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.