MƏDƏNİYYƏT
ƏLİAĞA VAHİDİN VƏ SERGEY YESENİNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ MƏCLİS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin təşkilatçılığı ilə Dövlət Muğam Teatrında görkəmli sənətkarlar Əliağa Vahidin və Sergey Yeseninin yaradıcılığına həsr olunmuş ədəbi-bədii məclis keçirilmişdir.
Muzeyin şöbə müdiri Şəfəq Əlibəyli tədbiri açaraq bildirmişdir ki, görkəmli rus şairi Sergey Yesenin 1924-cü ildə Bakıda olarkən Əliağa Vahidlə görüşmüş, onların arasında səmimi münasibət yaranmışdı.
1980-ci ildə ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə Mərdəkanda açılmış Sergey Yesenin muzeyində rus şairinin həyatının Bakı dövrü ilə bağlı eksponatlar toplanmışdir.
Bədii qiraət ustaları hər iki şairin yaradıcılığından nümunələr söyləmiş, müğənnilərimizin ifasında Vahidin qəzəlləri səslənmişdir.