ELM VƏ TƏHSİL


ALİMİN YUBİLEYİ

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əbülfəz Qasımovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi ilə əlaqədar yubiley yığıncağı keçirilmişdir.

Yığıncağı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, alimin respublika iqtisadiyyatının inkişafındakı xidmətlərindən danışmış, aqrar iqtisadiyyat elminin əsasını qoyanlardan biri kimi onun bu sahədə uzun illər gördüyü işlərin əhəmiyyətindən söz açmışdır. Rektor Əbülfəz Qasımovu “Şöhrət” ordeni ilə təltif etmiş ölkəmizin başçısı, möhtərəm prezidentimiz, cənab Heydər Əliyevə Azərbaycan elminə, ziyalısına göstərdiyi diqqət və qayğıya, böyük ehtirama görə kollektivin minnətdarlığını bildirmiş, yubilyara elmi axtarışlarında yeni uğurlar arzulamışdır.

Akademiyanın dosenti Roza Əliyeva yubilyarın tərcümeyi-halı ilə mərasim iştirakçılarını tanış etmiş, respublikamızın ədəbi ictimaiyyətinə Əbülfəz Bərəkət kimi tanınmış Ə.Qasımovun yazıçı, nasir, publisist kimi çoxşaxəli fəaliyyətindən, müəllifi olduğu “Natəvan”, “Bəşəriyyətin harayı”, “Mənim çörəkli dünyam”, “Anamın gəlinlik paltarı” əsərlərindən söhbət açmışdır. Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əli Abbasov, iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov alimin iqtisadi təfəkkürün formalaşması istiqamətindəki axtarışlarından, təbliğatçılıq fəaliyyətindən, həssas qayğıkeş insan olduğundan bəhs etdilər, onun keçmiş ittifaq mətbuatında iz qoyan yazılarından, dünyada yeganə muzey olan Ağdam çörək muzeyinin yaradılması istiqamətində gördüyü işlərdən danışdılar. Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev, professor Tofiq Rəsulov, dosentlər Şamil Qasımlı, Aqiyə Naxçıvanlı, Fikrət Rəhimli, Oqtay Əliyev və digər natiqlər yubiliyarı təbrik edərək, ona ən xoş arzularını bildirdilər.

Sonra yubiliyar əməyinə verilən yüksək qiymətə görə ölkəmizin başçısı, möhtərəm Prezidentimiz, cənab Heydər Əliyevə, alimin yubileyini qeyd edən Dövlət İdarəçilik Akademiyasının, Dövlət İqtisad və Azərbaycan universitetlərinin rəhbərlərinə öz minnətdalığını bildirdi.

Yubiley mərasimi alimə həsr olunmuş şerlərlə başa çatdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.