ELM VƏ TƏHSİL


ALİMLƏR MAMONTU KLONLAŞDIRMAQ NİYYƏTİNDƏDİRLƏR

AZƏRTAC Bi-Bi-Si teleşirkətinə istinadla xəbər verir ki, Rusiya və Yaponiya alimləri mamontun Yakutiyada tapılmış genetik materialından istifadə etməklə, bu heyvanı klonlaşdırmaq niyyətindədirlər. Tədqiqatçıların mamont hesab etdikləri heyvanın toxumalarının nümunələri hazırda Yaponiyanın Kinki Universitetinin elm və texnologiyalar mərkəzindədir. Mərkəzin prezidenti Akira İritani bildirmişdir ki, heyvanın duru azotla dondurulmuş iliyi, dərisi və əzələ nümunələri çox yaxşı qalmışdırıb. Lakin əvvəlcə əmin olmalıyıq ki, bu cəmdək fraqmentləri mamonta məxsusdur. Iritaninin sözlərinə görə, bu heyvan qalıqlarının təxminən 200-300 min il yaşı olduğundan, onların DNT-si, güman ki, zədələnmişdir, ona görə də klonlaşdırma üçün kifayət etməyə bilər.

Alimlər kökü kəslimiş bəzi heyvanları məsələn, mamontları və qədim kərgədanları klonlaşdıraraq Sibirdə safari-park yaratmaq niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.