ƏLİ BAYRAMLIDA NOVRUZ ŞƏNLİKLƏRİ
AZƏRTAC xəbər verir ki, Əli Bayramlıda “Şirvan” kinoteatrı qarşısındakı meydanda Novuz bayramı münasibətilə şənlik keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov iştirakçıları təbrik etmiş, respublikamızda milli-mənəvi dəyərlərimizə yüksək önəm verildiyini demişdir.
Tədbirdə rayonun incəsənət ustaları bayram proqramı ilə çıxış etmişlər.