Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ƏLİ İNSANOV MİLLİ ELMLƏR AKADEMİYASININ ÜZVLƏRİ SIRASINDAN XARİC EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 4-də keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı Əli İnsanovun AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsi müzakirə olunmuşdur.
Yığıncağı AMEA-nın prezidenti akademik Mahmud Kərimov açaraq məlumat verdi ki, tədbirdə 60 həqiqi üzvdən 52-si, 95 müxbir üzvdən 71-i iştirak edir və yetərsay vardır.
M.Kərimov dedi ki, AMEA xalqımızın mədəni, mənəvi inkişafında, onun milli dirçəlişində, elmi-texniki tərəqqisində misilsiz rol oynamışdır. Yarandığı gündən akademiyanın tərkibində çox ləyaqətli ziyalılar olmuşlar. Onlar öz istedadı, zəkası, mənəvi saflığı ilə quruma başucalığı gətirmiş, haqlı olaraq ona ziyalılıq məbədi adını qazandırmışlar. Lakin akademiyanın üzvləri arasında elə şəxs də olmuşdur ki, o, öz çirkin əməlləri, cinayətkarlığı ilə bu elm ocağının nüfuzuna xələl gətirmiş, ən ali elmi rütbə sayılan akademik adına ləkə vurmuşdur. Bu gün həmin adamın məsələsini müzakirə edib, qərar çıxarmalıyıq.
M.Kərimov bildirdi ki, gündəlikdə yalnız bir məsələ - sabiq səhiyyə naziri Əli Binnət oğlu İnsanovun AMEA üzvlüyündə qalıb-qalmaması məsələsinin müzakirəsi durur.
Gündəlik təsdiq olunduqdan sonra AMEA-nın akademik-katibi Ayaz Əfəndiyev yığıncaq iştirakçılarını Rəyasət heyətinə bu il aprelin 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsindən daxil olmuş təqdimat əsasında Əli İnsanov haqqında hazırlanmış arayişla tanış etdi.
Arayışda deyilir ki, akademik Əli Binnət oğlu İnsanov 1993-cü il noyabrın 9-dan 2005-ci il noyabrın 25-dək Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində işləyərkən bir qrup şəxslə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girmiş, külli miqdarda dövlət əmlakını mənimsəmiş, vəzifədən sui-istifadə etmiş, külli miqdarda və təkrar rüşvət almış, vəzifə saxtakarlığı və məhkəmə qərarlarını qəsdən icra etməmə kimi cinayət əməllərinə yol vermişdir. Bütün bunlara görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 306.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3. və 313-cü maddələri ilə təqsirli bilinib, məhkəmənin 2007-ci il 20 aprel tarixli hökmünə əsasən, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Əli İnsanov azad olunduqdan sonra dövlət və özünüidarə orqanlarında 3 il müddətində vəzifə tuta bilməyəcəkdir.
Məhkəmənin təqdimatı AMEA-nın Biologiya elmləri bölməsində müzakirə olunmuş, Əli İnsanovun AMEA üzvlüyündən xaric edilməsi haqqında qərar çıxarılmışdır. Bölmənin təqdimatı əsasında AMEA-nın Rəyasət heyəti Ə.İnsanovun AMEA üzvlüyündə qalıb-qalmaması məsələsini müzakirə üçün AMEA-nın ümumi yığıncağını çağırmışdır.
Arayışda həmçinin deyilir ki, elmi və elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, digər qanunvericilik aktlarını rəhbər tutan AMEA 2001-ci il iyunun 29-da AMEA-nın həqiqi üzvü seçilmiş Ə.İnsanovun məhkəmə tərəfindən sübuta yetirilmiş cinayətlərini respublikada ali elmi rütbə olan akademik adını ləkələyən əməllər kimi dəyərləndirir. Akademiya üzvlərinin, xüsusilə də akademiklərin başlıca vəzifəsi elmi yeni nailiyyətlərlə zənginləşdirməklə yanaşı, AMEA-nın əsas vəzifələrinin həyata keçirilməsində də yaxından iştirak etməkdir. Əli İnsanov akademikliyi dövründə AMEA-nın Nizamnaməsinin 14-cü bəndi ilə müəyyənləşdirilmiş Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək kimi əsas strateji vəzifəni yerinə yetirmək əvəzinə, tibb elmi sahəsində uzun illərdən bəri əldə edilmiş infrastrukturu dağıtmışdır. İqtisadiyyatın güclənməsində, xalqın mənəviyyatının və mədəniyyətinin zənginləşməsində, əhalinin sağlamlığının qorunmasında elmi potensialdan səmərəli istifadə etməli olduğu halda, Əli İnsanov korrupsiya fəaliyyəti ilə respublika iqtisadiyyatını zəiflətmiş, əhalinin sağlamlığının qorunması sahəsində ciddi təhlükələr yaratmışdır. Bundan əlavə, o, akademik kimi intellektual potensialı qorumalı olduğu halda, tibb elmi sahəsində bu potensialı məhv etmişdir. Elmin nailiyyətlərinə əsaslanan yüksək müəssisələr yaradılmasına kömək etmək əvəzinə, mövcud texnologiyalar əsasında qurulmuş tibb müəssisələrini öz şəxsi maraqları naminə qeyri-tibbi təyinatlar üzrə özəlləşdirmişdir. Bütün bu əməllər Azərbaycan Respublikası qanunlarının kobudcasına pozulması ilə yanaşı, AMEA-nın Nizamnaməsinə də tamamilə ziddir.
AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov bölmənin qərarı haqqında yığıncaq iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, adıçəkilən məhkəmənin təqdimatı bölmənin ümumi yığıncağında müzakirə edilmiş, gizli səsvermə keçirilmişdir. Səsvermədə bölmənin 13 akademiki iştirak etmiş və onlar yekdilliklə Əli İnsanovun AMEA sıralarından xaric olunmasına səs vermişlər. Beləliklə, bölmənin yığıncağı AMEA Nizamnaməsinin 6, 7, 15, 21 və 25-ci maddələri nəzərə alaraq, Əli İnsanovun AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi haqqında qərar çıxarmışdır.
Sonra bölmənin qərarına münasibət bildirilmişdir.
Akademik Fuad Qasımzadə demişdir ki, cinayəti kimin törətməsindən asılı olmayaraq o, cinayətkardır. Məsələnin etik cəhətinə gəldikdə, çox xəcalət çəkməli bir vəziyyət yaranıb. Akademik də cinayət törədərmi?! Ona nə qədər böyük etimad göstərilmişdi. O, birbaşa akademik seçilmişdi, Səhiyyə Nazirliyi kimi məsul bir sahəyə rəhbərlik edirdi. Lakin qulağımıza çatırdı ki, istədiyi adamı işdən çıxarır. Həkim ən humanist adam, hikmətli filosof olmalıdır. Mən ikiqat xəcalət çəkirəm ki, etika da pozulub, fəlsəfə də, həkimlik də. Dəhşətli faktdır ki, bu “həkim” vaxtı keçmiş dərmanları xəstələrə satdırırmış. Hamımız şəffaf keçən məhkəmənin gedişini izləmişik. Xəcalət çəkirəm ki, akademiyanın həqiqi üzvü belə cinayət törədib. Biologiya bölməsi çox düzgün qərar çıxarıb. Belə adamı sıralarımızda saxlaya bilmərik. Hamınızı onun akademiya sıralarından çıxarılmasına səs verməyə çağırıram.
Akademik Böyükkişi Ağayev bildirmişdir ki, ilyarımdan çox idi ki, keçmiş səhiyyə naziri Əli İnsanovun əməlləri barədə məhkəmə prosesini izləyirdik. Artıq məhkəmənin təqdimatı biologiya bölməsində müzakirə olunub və Əli İnsanovun akademiyanın üzvlüyündən xaric edilməsi lehinə yekdilliklə səs verilib. Akademiya Azərbaycan elminin zirvəsində duran bir qurumdur. Layiq olmayan şəxs onun sıralarında qala bilməz. Mən biologiya bölməsinin qərarı ilə razıyam. Bu şəxsin akademik adı daşımağa mənəvi haqqı yoxdur.
Akademik Vaqif Fərzəliyev vurğulamışdır ki, bu hal akademiyanın tarixində fövqəladə hadisədir. Hamımız tələbə olanda akademiklərə ilahi qüvvə kimi baxırdıq. Bölməmizin üzvləri bu məsələyə öz münasibətlərini bildiriblər. Minlərlə xəstə əlində-ovcunda olanı verib dərman alır ki, ondan istifadə edib sağalsın. Əli İnsanov isə onlara vaxtı keçmiş dərmanlar satdırırmış. İş o yerə çatmışdı ki, Əli İnsanovun yaratdığı şərait nəticəsində pulu olmayan xəstələr tibb müəssisələrinə müraciət etmirdilər, xəstəlik vərəqəsi götürmək üçün pul vermək lazım idi. Belə bir adam alim adını daşıya bilməz. Mən bu yaşa çatmışam, amma eşitməmişəm ki, akademik müttəhim kürsüsündə otursun, onun cinayət işinə baxsınlar. Bölməmizin adından deyirəm ki, məsələ obyektiv və düzgün qoyulub, biz Əli İnsanovun sıralarımızdan xaric edilməsinə səs verəcəyik.
AMEA-nın müxbir üzvü Bala İsgəndərov demişdir ki, bu qərar bir qədər gecikib. Əli İnsanov tutulan gündən biz bu məsələni qoymalı idik. Əli İnsanovun əməlləri alim adına layiq deyil. Sərvət toplamaq ehtirası onun gözünü tutmuşdu. Bu qədər sərvətlə heç kim onun bir dənə də olsun xeyriyyəçilik əməlini xatırlamır. Biologiya bölməsi çox ədalətli qərar çıxarmışdır. Bizim çıxaracağımız qərar xalqa, vətənə qulluq yolundan azanlara dərs olmalıdır.
Akademik Bəkir Nəbiyev təəssüflə qeyd etmişdir ki, müzakirəsinə toplaşdığımız məsələ mənə çox əcaib gəlir. Burada dərmanlardan danışıldı. “Həkim” öz əli ilə verdiyi sərəncam əsasında yararsız dərmanları xəstələrə “yedirtməklə” onları qəbiristanlığa yaxınlaşdırırmış. Məhkəmə prosesi uzun müddət davam etdi. Təkcə məhkəmənin bir günü ərzində üzə çıxarılan cinayətlər belə onu həbs etməyə əsas verirdi. Əslində bir gündə onun üzünə nə qədər şahid dururdu?! Onların bircəciyinin ifadəsi onu ağır cəzaya məhkum etmək üçün kifayət idi. Mən məhkəmənin təqdimatına biologiya bölməsinin münasibətini bəyənirəm. Biz bu qərara mütləq səs verməliyik.
Akademik Budaq Budaqov bildirmişdir ki, insanın özü-özünə elədiyini el yığılsa edə bilməz. Əli İnsanov özü-özünə balta çaldı. Məhkəmənin gedişi müddətində biz onun daxili aləmi ilə yaxından tanış olduq. Elimizin gözəl misalı var: neylirəm qızıl teşti ki, içinə qan qusam. Qızıl teşt dalınca qaçanların hamısının aqibəti məhz belə olur. “Akademik” adını həbsxanadan xilas etməliyik. “Akademik” sözü həbsxanada işlənməməlidir. Bu müqəddəs sözlərin təmizliyini qorumalıyıq.
Akademik etiraf etdi ki, vaxtilə Əli İnsanov haqqında yaxşı fikirdə olmuşdur. İndi dəhşətə gəlib ki, bu insan daxilini necə məharətlə gizlədirmiş! Onun məhkəmə prosesi zamanı özünü aparması insanda ikrah hissi doğururdu: bir gün bəyanat verirdi ki, siyasi dustağam, bir gün deyirdi ki, müxalifəti dəstəkləyirəm. Gah da dövlətdən narazılığını bildirirdi. Bir sözlə, arxada qalan körpüləri yandıra-yandıra gedirdi. Qəflətən öz dəst-xətti ilə dövlət başçısına məktub ünvanlayıb bağışlanmasını xahiş etdi. Belə də simasızlıq olarmı?! Mən də biologiya bölməsinin qərarı ilə tamamilə razıyam.
Akademik Nailə Vəlixanlı dedi ki, adətən bu salonda həmkarlarımızın elmi uğurlarını müzakirə etmiş, onların Azərbaycan elmi qarşısında xidmətlərindən söz açmış, alimlikləri ilə yanaşı vətənpərvərliklərindən, ölkəyə sədaqətlərindən danışmışıq. Bundan fərəhlənmişik, çünki onların adı bizim adımızdır, onların uğuru bütün Azərbaycan alimlərinin uğurudur. Alim hər hansı bir vəzifəyə, xüsusilə dövlət vəzifəsinə seçildikdə hamı inanır ki, o, üzərinə düşən vəzifəni, səlahiyyəti, məsuliyyəti daha dərindən dərk edəcək, ali məqsəd uğrunda əlindən gələni, bacardığını əsirgəməyəcəkdir. İnanırıq ki, belə bir vəzifəyə seçilən adam müstəqil Azərbaycanın bu günü və sabahının təminatçısı olacaqdır. Sözsüz ki, Əli İnsanov da yüksək vəzifəyə təyin olunanda məhz onun alimlik keyfiyyətləri nəzərə alınmışdı.
Həkimlik diplomunu alarkən Hippokrat andı içmiş, xəstələrə təmənnasız xidmət edəcəyinə söz vermiş bir insan, əlbəttə, belə vəzifəyə seçildikdə ən yaralı yerlərimizdən biri olan təbabətimizin qayğısına qalmalı, onun inkişafını təmin etməli, səhiyyəmizə aid olan bütün işləri canla-başla yerinə yetirməli idi. Bir sözlə, xəstələrin şəfası üçün əlindən gələni əsirgəməməli idi.
Azərbaycanlı olasan, xalqının taleyüklü problemi sənə həvalə oluna, sən isə belə namərdlik edəsən! Babalarının məzarı Qərbi Azərbaycanda mənfur düşmənin tapdağı altında ola, sən onların ruhuna naxələf çıxasan! Minlərlə yurddaşın malını, canını itirsin, qış-yay ilanmələyən düzlərdə çadırlarda can çürütsün, sən isə topdağıtmaz mülklərinin, insanların canı bahasına, qanı bahasına topladığın varidatının qədərini bilməyəsən!
Akademik “Haqq nazilər, ancaq üzülməz”, “Hayla gələn vayla gedər” atalar sözlərini xatırlatdı. Qeyd etdi ki, bu işin axırı başqa cür ola bilməzdi. Xalqına, vətəninə, ustadına kəc baxanın, xəyanət edənin aqibəti belə olmalı idi! Ancaq bir sual da düşündürücüdür: Bəlkə belə “alimlərin” elmi adlar, rütbələr almasında özümüzün də günahımız var? Bəlkə biz zahiri effektə aldanmışıq? Görünür qlobal dəyişikliklər baş verən bu dövrdə həllolunası vacib problemlərin arasında bu məsələləri də unutmamalı, çətinlikləri dəf etməliyik.
Natiq ulu öndərimiz Heydər Əliyevin üçüncü minilliyin ayrıcında xalqa müraciətində dediyi “Dünyada heç bir çətinlik əbədi deyildir” sözlərini yada salmış və vurğulamışdır ki, tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalıb. Biz də buna inanırıq. Ona görə də mən Əli İnsanovun akademik rütbəsi daşımasının əleyhinəyəm. Mən hətta onun alimliyinə də şübhə edirəm.
Sonra gizli səsverməni keçirmək üçün hesablama komissiyası yaradıldı.
Gizli səsvermə keçirildi.
Hesablama komissiyasının sədri akademik Vasim Məmmədəliyev səsvermənin nəticələrini elan etdi: akademiklərin 56 nəfəri Əli İnsanovun AMEA üzvlüyündən xaric edilməsinin lehinə, 1 nəfər isə əleyhinə səs vermişdir.
Gizli səsvermənin nəticələri təsdiq olundu.
Beləliklə, Əli Binnət oğlu İnsanov AMEA-nın həqiqi üzvlüyündən xaric edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib